İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb İspaniyada Valensiya muxtar dairəsinin Kulyera şəhərində keçirilən elektron musiqi festivalında güclü külək nəticəsində bir neçə tikilinin, o cümlədən əsas səhnənin bir hissəsinin uçması nəticəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb.
Digər ölkələr
13 Avqust , 2022 14:52
İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

İspaniyanın Valensiya muxtar dairəsinin Kulyera şəhərində keçirilən elektron musiqi festivalında güclü külək zamanı bir neçə tikili, o cümlədən əsas səhnənin bir hissəsinin uçub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd edilib ki, nəticədə 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qəzadan sonar festival dayandırılıb. Təşkilatçılar təhlükəsizlik məqsədilə tədbirin keçirildiyi ərazinin boşaldıldığını bildiriblər.

Festivalda 320 minə yaxın insan iştirak etməli idi.

Yerli Xilasetmə Xidmətinin tviterdəki açıqlamasına görə, hadisə zamanı küləyin sürəti 65 km/saata çatırdı.

Son xəbərlər

Orphus sistemi