İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə
Bildirilib ki, həftənin ortasından 67 meyitin kimliyi müəyyən edilib.
Fövqəladə xidmətlər Albasete əyalətinin Letur bələdiyyəsində itkin düşmüş beş nəfərdən birinin cəsədini tapıb. Ümumilikdə, oktyabrın 29-da başlamış leysan yağışlarından sonra daşqın sonucunda ölənlərin sayı 217 nəfərə çatıb. Valensiyada həmçinin bir ingilis cütlüyü və bir İspaniya vətəndaşı ölüb.
Oktyabrın 30-dan 2 noyabr axşamınadək məhkəmə-tibbi ekspertlər 188 meyit çıxarıb, 67 nəfərin kimliyini müəyyən edilib.
İspaniyanın cənub-şərqində güclü leysan yağışları ölkənin bir sıra bölgələrində güclü daşqınlara yol açıb. Oktyabrın 29-da başlamış leysan yağışları “Dana” qasırğası gətirib. İqtidar daşqın qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.