Rusiya Fransanın 34, İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır

Rusiya Fransanın 34, İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır İspaniya səfiri Markos Qomes Martines Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Digər ölkələr
18 May , 2022 15:50
Rusiya Fransanın 34, İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır

Rusiya İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Rəsmi Moskva bunun İtaliya və İspaniyanın atdığı addımlara cavab olduğunu bildirib.

14:12

İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, səfir Rusiyanın İsveçdəki diplomatlarının persona non qrata elan olunmasına görə çağırılıb. 

Ona Rusiya XİN-in gördüyü cavab tədbiri çatdırılıb. Vurğulanıb ki, Fransanın Rusiyadakı diplomatik korpusunun 34 əməkdaşı persona non qrata elan edilib.

13:06

Fransa səfiri Pyer Levi mayın 18-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. 

Məlumata görə, bu dəvət Rusiya diplomatlarının Fransadan çıxarılmasına cavab tədbirinin elan olunması ilə bağlıdır.

11:28

İspaniya səfiri Markos Qomes Martines Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı İspaniya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

“Hazırkı şəraitdə yalnız səfirin nazirliyə çağırıldığını təsdiqləyə bilərik”, - məlumatda bildirilib.

Xatırladaq ki, bu ilin aprelində İspaniya hakimiyyəti Rusiyanın krallıqdakı diplomatik nümayəndəliklərinin 27 əməkdaşını persona non qrata (arzuolunmaz şəxs) elan edib.

Son xəbərlər

Orphus sistemi