İslandiyanın Rusiyadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandıracaq

Digər ölkələr
  • 09 iyun, 2023
  • 12:34
İslandiyanın Rusiyadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandıracaq

İslandiyanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 1-dən fəaliyyətini dayandıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, İslandiya hökuməti Rusiya ilə diplomatik münasibətlərin dayandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, ölkənin Moskvadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandırır.

Vurğulanıb ki, İslandiya Rusiyadan da paytaxt Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb edib.

44 filmi