İraqda 300 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı saxlanılıb

İraqda 300 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı saxlanılıb İraqda 2016-cı ildə Bağdadın ticarət mərkəzində törədilən, 300 insanın həlak olduğu partlayışın təşkilatçısı Qazvan az-Zavai həbs edilib,
Digər ölkələr
19 Oktyabr , 2021 04:24
İraqda 300 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı saxlanılıb

İraqda 2016-cı ildə Bağdadın ticarət mərkəzində törədilən, 300 insanın həlak olduğu partlayışın təşkilatçısı Qazvan az-Zavai həbs edilib,

“Report” xəbər verir ki, bu barədə İraqın Baş naziri Mustafa əl-Kazımiyə istinadən “BBC News” bildirib.

Baş nazirin sözlərinə görə, Qazvan az-Zavai ölkənin xaricində keçirilən kəşfiyyat əməliyyatının gedişatında tutulub. Kəşfiyyatın iki əməkdaşı agentliyə bildirib ki, əməliyyat qonşu ölkələrdən birinin vasitəsilə İraqın təhlükəsizlik qüvvələri tərəfindən keçirilib. Qazvan az-Zavai iki gün əvvəl İraqa gətirilib.

Xatırladaq ki, paytaxt Bağdadın Karrada rayonunda törədilən terror aktı 2003-cü ildən İraqda ən ağır terror aktı olub. Partlayıcı maddənin qoyulduğu yük maşını ticarət mərkəzinin yanında partladılıb. Terror aktı qurbanlarından çoxu partlayışdan sonra binanı bürümüş yanğın nəticəsində həlak olub.

Son xəbərlər

Orphus sistemi