İraqda 14 İŞİD silahlısı saxlanılıb

İraqda 14 İŞİD silahlısı saxlanılıb İraqın Terrorizmlə mübarizə idarəsinin əməkdaşları ölkənin müxtəlif vilayətlərində “İslam dövləti” terror qruplaşmasının 14 silahlısını, o cümlədən ekstremistlərin rəhbərlərini saxlayıblar.
Digər ölkələr
28 İyul , 2021 18:34
İraqda 14 İŞİD silahlısı saxlanılıb
0 : 00
0 : 00

İraqın Terrorizmlə mübarizə idarəsinin əməkdaşları ölkənin müxtəlif vilayətlərində “İslam dövləti” terror qruplaşmasının 14 silahlısını, o cümlədən ekstremistlərin rəhbərlərini saxlayıb.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın silahlı qüvvələr komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.

Onun sözlərinə görə, paytaxtda İŞİD dəstələrindən birinin Əbu Muaz ləqəbli rəhbəri ələ keçirilib. Onun həbsi hüquq-mühafizə orqanlarını terror şəbəkəsinin partlayıcı maddələr hazırlayan daha bir neçə üzvünə çıxarıb.

Daha 6 radikal Ənbar vilayətində ələ keçirilib. Yüksək gərginlikli xətləri partlatmağı planlaşdıran daha bir silahlı Salah-əd-Dində saxlanılıb. Yerli terror qruplaşmasının iki rəhbəri Süleymaniyyə vilayətində tutulub.

Hüquq-mühafizə orqanları ölkənin müxtəlif rayonlarında terrorçuların məhv edilməsi üçün reydlər aparırlar.

Son xəbərlər

Orphus sistemi