İran raket proqramına nəzarət edən yüksək vəzifəli generalın ölümünü təsdiqləyib

Digər ölkələr
  • 13 iyun, 2025
  • 16:02
İran raket proqramına nəzarət edən yüksək vəzifəli generalın ölümünü təsdiqləyib

İran İsrail hücumları nəticəsində raket proqramına nəzarət edən general Əmir Əli Hacızadənin öldürüldüyünü təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.

Ə.Hacızadə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinə komandanlıq edirdi.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Son xəbərlər

Bütün Xəbər Lenti