Kanaklardan sonra Boneyr xalqı da dekolonizasiyaya dəstək üçün BTQ-yə təşəkkür edib

Kanaklardan sonra Boneyr xalqı da dekolonizasiyaya dəstək üçün BTQ-yə təşəkkür edib "Müstəmləkə altında olan Boneyr xalqı yer üzündən silinməyə məhkum olunub. Əgər belə davam edərsə, 10 ildən sonra Boneyrdə yerli insan qalmayacaq".
Digər ölkələr
20 İyun , 2024 22:48
Kanaklardan sonra Boneyr xalqı da dekolonizasiyaya dəstək üçün BTQ-yə təşəkkür edib

"Müstəmləkə altında olan Boneyr xalqı yer üzündən silinməyə məhkum olunub. Əgər belə davam edərsə, 10 ildən sonra Boneyrdə yerli insan qalmayacaq".

Bu fikirləri "Report"un ABŞ bürosuna açıqlamasında Boneyr İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar deyib.

Hüquq müdafiəçisi bildirib ki, 2010-cu ildə verilən qərarlar xalqın bütün hüquqlarını əlindən alıb:

"Boneyr Karib dənizinin cənubunda, Venesueladan 50 mil məsafədə yerləşən bir adadır. Biz Niderland Krallığı daxilində özünü idarə edən bir dövlət kimi yaranmışıq. Boneyr bərabər hüquqlar verilmədən Niderland Krallığının konstitusiyasına daxil edilib. Xalqımız adada insan hüquqlarının pozulmasından ciddi şəkildə əziyyət çəkir. Bizim onlarla heç bir bərabər hüquqlarımız yoxdur. 2010-cu ilə qədər biz Antil adalarının (Kürasao, Boneyr, Sint-Estatius, Saba və Sint-Marten) bir hissəsi idik. Həmin ildən sonra sərhədləri açdılar və biz Niderland konstitusiyasına daxil olduq. Niderland konstitusiyasına görə, Boneyr qanunları Haaqada qəbul olunur və biz qərar vermək üçün muxtariyyətə malik deyilik. Belə ki, Haaqa üç kiçik adanın, Boneyr, Sint-Estatius və Sabanın gələcəyinə dair bütün qərarları verə bilir".

O, qeyd edib ki, 2015-ci ildə Boneyrdə referendum keçirilib və xalq inteqrasiyaya səs verməyib:

"İndi bizim Niderland parlamentində və Birləşmiş Millətlər Təşkilatında nümayəndəliyimiz yoxdur. Həmin tarixdən etibarən bizi təmsil edə biləcək hökümət və dövlət yoxdur. Beləliklə, biz 2010-cu ildən sonra yenidən müstəmləkəyə çevrilmişik".

D.Bissessar vurğulayıb ki, 2010-cu ildə təhsil sistemi də dəyişdirilib və yerli dil olan Papiamento ləğv olunub.

"Onlar bizim bütün dövlət obyektlərini, hava limanı və məktəbləri, bütün infrastrukturları ələ keçirdilər. Niderland öz vətəndaşlarını Boneyrə gəlməyə təşviq edən bir çox işlər aparır. 2010-cu ildə adanın əhalisinin 80%-ni yerli sakinlər təşkil edirdi. İndi isə bu göstərici 32%-dir. Bizim hüquqlarımız kobul şəkildə pozulur", - hüquq müdafiəçisi əlavə edib.

O, Fransa və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən azad olmaq arzusunda olan xalqların ədalətli mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs Qrupuna təşəkkür edib: "BTQ-nin təşəbbüsü olduqca vacib və əhəmiyyətlidir. Azərbaycan bu gün öz qlobal gücündən istifadə edərək bizim yanımızda yer alıb və düşünürük ki, BTQ-nin platformasından səsimizi beynəlxalq ictimayyətə çatdıra biləcəyik".

Son xəbərlər

Orphus sistemi