Yuxarı
    Bağlamaq

    ​İndoneziyada torpaq sürüşməsi nəticəsində 108 nəfər itkin düşüb

    105 ev dağılıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ İndoneziyanın Yava adasının mərkəzi hissəsində torpaq sürüşməsi nəticəsində 108 nəfər itkin düşüb.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 105 ev dağılıb.

    Bancaneqara şəhərinə palçıq seli axıb. Yerli sakinlər sığınacaqlara köçürülüb.

    Sürüşmə bölgəsində yollar dağıldığından xilasetmə əməliyyatında çətinliklər yaranıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi