İndoneziyada daşqınlar nəticəsində bir neçə nəfər həlak olub

İndoneziyada daşqınlar nəticəsində bir neçə nəfər həlak olub İndoneziyanın paytaxtı Cakartada musson yağışların səbəb olduğu daşqınlar nəticəsində azı beş nəfər həlak olub
Digər ölkələr
22 Fevral , 2021 06:34
İndoneziyada daşqınlar nəticəsində bir neçə nəfər həlak olub

İndoneziyanın paytaxtı Cakartada musson yağışların səbəb olduğu daşqınlar nəticəsində azı beş nəfər həlak olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, həlak olanlardan dördü uşaqlardır.

Cakartanın Təbii Fəlakətlər üzrə Agentliyin rəhbəri Sabdo Kurnianto bildirib ki, daşqından ümumilikdə 1 722 insan zərər çəkib. Zərərçəkənlər daha təhlükəsiz ərazilərə təxliyə edilib, onlara zəruri yardım göstərilir.

İndoneziyada mussonların səbəb olduğu leysan yağışlar bir neçə gündür davam edir. Yağışlar Cakartanın cənubundakı yaşayış kvartallarında və meqapolisin şərq rayonlarında daşqınlara səbəb olub, nəticədə 1 380 nəfər sakin evlərini tərk etmək məcburiyyəti ilə üzləşib.

İndoneziyada mussonların səbəb olduğu yağışlar hər il oktyabrdan aprelədək davam edir və daşqınlara, torpaq sürüşmələrinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi