II Yelizaveta taxtdan mümkün imtinasının 2 səbəbini açıqlayıb

II Yelizaveta taxtdan mümkün imtinasının 2 səbəbini açıqlayıb Birləşmiş Krallığın ən yaşlı monarxı olan 95 yaşlı kraliça II Yelezaveta taxtdan mümkün imtinasının səbəblərini açıqlayıb.
Digər ölkələr
204
14 İyun , 2021 19:45
II Yelizaveta taxtdan mümkün imtinasının 2 səbəbini açıqlayıb
II Yelizaveta

Birləşmiş Krallığın ən yaşlı monarxı olan 95 yaşlı kraliça II Yelizaveta taxtdan mümkün imtinasının səbəblərini açıqlayıb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Daily Star” nəşri kral bioqrafı Metyu Dennisona istinadən məlumat yayıb.

“O, xalası qızı Marqaret Roudsa demişdi ki, alzheymerə yoluxmasa və ya insult keçirməsə, taxtdan əl çəkmək barədə düşünməz”, - Dennison yazır.

“Kraliça sağlamdır və əgər bəxtimiz gətirsə, o hələ uzun müddət kraliça olaraq qalacaq”, - digər kral tarixçisi Hyuqo Vikers deyib.

Qeyd edək ki, son bir neçə ayda Birləşmiş Krallıqda bu məsələ artıq neçənci dəfədir qaldırılır. Belə ki, bu yaxınlarda Şahzadə Filipp vəfat etdikdən sonra bəzilərində II Yelizavetanın taxtdan imtina edə biləcəyi ilə bağlı şübhələr yaranıb.

Son xəbərlər

Orphus sistemi