ICAO münaqişə zonalarında uçuşların təhlükəsizliyi üçün tədbirlər görəcək

ICAO münaqişə zonalarında uçuşların təhlükəsizliyi üçün tədbirlər görəcək Təşkilat üzvləri Kanadanın münaqişə zonalarında uçuş həyata keçirən təyyarələrin qorunmasına yönəlmiş “Daha təhlükəsiz səma” təşəbbüsünü dəstəkləyib.
Digər ölkələr
9 Dekabr , 2020 12:39
ICAO münaqişə zonalarında uçuşların təhlükəsizliyi üçün tədbirlər görəcək

Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) üzv ölkələr Kanadanın münaqişə zonalarında uçuş həyata keçirən təyyarələrin qorunmasına yönəlmiş “Daha təhlükəsiz səma” təşəbbüsünü dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə ICAO Şurasının prezidenti Salvatore Şakkitano məlumat verib.

O xatırladıb ki, 2014-cü ildə Ukrayna səmasında Malayziya “Boeing”inin vurulmasından sonra hərbi əməliyyatların getdiyi ərazilərdə mülki aviasiya təhlükəsizliyinin “kompleks problem” diqqət mərkəzinə düşüb və bu faciəli hadisədən sonra hökumətlər silahlı qarşıdurma bölgələrində mülki aviasiya əməliyyatları üçün hərtərəfli proqram hazırlayan ICAO-nin İş Qrupunu yaradıb.

“Bu tövsiyələrə uyğun olaraq, Çikaqo Konvensiyasına və mülki aviasiya sahəsində təhlükəsizliyi tənzimləyən digər beynəlxalq sənədlərə dəyişikliklər edilib. Münaqişə gedən ərazilər üzərində uçuş zamanı riski azaltmaq üçün yeni qaydalar da qəbul edilib”, - o söyləyib.

ICAO Şurasının prezidenti Kanadanın yeni təşəbbüsünün məhz bu tədbirləri gücləndirməyi və genişləndirməyi nəzərdə tutduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi