ATƏT sədri Maltanın Leyboristlər Partiyasında da post tutmaq istəyir

ATƏT sədri Maltanın Leyboristlər Partiyasında da post tutmaq istəyir ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borq (Ian Borg) Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsi uğrunda gələn ay keçiriləcək seçkilərdə iştirak edəcək.
Digər ölkələr
21 Avqust , 2024 11:18
ATƏT sədri Maltanın Leyboristlər Partiyasında da post tutmaq istəyir

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borq (Ian Borg) Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsi uğrunda gələn ay keçiriləcək seçkilərdə iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Malta XİN başçısı "X"də yazıb.

"Bir çox dairələrdən gələn zəngləri nəzərdən keçirdikdən, eləcə də deputat yoldaşlar və partiya nümayəndələri ilə məsləhətləşdikdən sonra mən gələn ay keçiriləcək Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsinə seçkilərdə iştirak etmək qərarına gəldim", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi