İtaliyanın şimalında güclü qar yağışı səbəbi ilə meteotəhlükənin qırmızı səviyyəsi tətbiq edilib

İtaliyanın şimalında güclü qar yağışı səbəbi ilə meteotəhlükənin qırmızı səviyyəsi tətbiq edilib Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün İtaliyaya güclü qar, dolu yağıb, ölkədə güclü külək əsir.
Digər ölkələr
11 Dekabr , 2017 16:11
İtaliyanın şimalında güclü qar yağışı səbəbi ilə meteotəhlükənin qırmızı səviyyəsi tətbiq edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün İtaliyaya güclü qar, dolu yağıb, ölkədə güclü külək əsir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İtaliyanın şimal bölgələrində Milli Mülki Müdafiə Xidməti hətta güclü yağışların sel və daşqınlara səbəb olmaq təhlükəsi ilə əlaqədar meteotəhlükənin ən yüksək - qırmızı səviyyəsini tətbiq edib.

Bu baxımdan, Liquriya və Toskana vilayətlərinin rəhbər orqanları xüsusi tədbirlər görür, bir çox şəhərlərdə bu gün məktəblər və digər uşaq müəssisələri bağlı olub.

Güclü qar yağışı səbəbiylə İtaliyanın şimal vilayətləri - Pyemiont, Valle d'Aosta və Liquriyada bir sıra istiqamətlərdə qatarların hərəkəti dayandırlıb. "İtaliya Dəmir Yollları Şəbəkəsi" şirkətinin rəhbərliyi ölkənin şimalındakı əlverişsiz hava şəraiti ilə əlaqədar qatarların çoxunu ləğv etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi