İtaliyalı nazir Aİ-nin fikir ayrılığından dağıla biləcəyini bildirib

İtaliyalı nazir Aİ-nin fikir ayrılığından dağıla biləcəyini bildirib Bakı. 23 iyun. REPORT.AZ/ İtaliyanın daxili işlər naziri Matteo Salvini bildirib ki, Avropa ölkələri arasında fikir ayrılığı Avropa İttifaqını dağıda bilər.
Digər ölkələr
23 İyun , 2018 07:30
İtaliyalı nazir Aİ-nin fikir ayrılığından dağıla biləcəyini bildirib

Bakı. 23 iyun. REPORT.AZ/ İtaliyanın daxili işlər naziri Matteo Salvini bildirib ki, Avropa ölkələri arasında fikir ayrılığı Avropa İttifaqını dağıda bilər.

“Report” xəbər verir ki, bunu o, "Spiegel" nəşrinə müsahibəsində deyib.

"İl ərzində Avropanın vahid qalıb-qalmayacağı aydın olacaq", - deyə Salvini bildirib.

Onun sözlərinə görə, çox şey Aİ-nin büdcəsi ilə bağlı gələcək danışıqlardan, həmçinin 2019-cu ildə Avropa Parlamentinə keçiriləcək seçkilərdən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi