Yuxarı

İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb - YENİLƏNİB-2

Axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrində davam etdirilir

Bakı. 25 avqust. REPORT.AZ/ İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.
İnformasiyaya görə, axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrində davam etdirilir.

*** 01:54

İtaliyanın mərkəzi regionunda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

***24 avqust, 21:42

Çərşənbə günü gecə saatlarında İtaliyada baş verən zəlzələ nəticəsində ən azı 120 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Matteo Rentsi məlumat verib.

"Ən azı 120 ölü var", - deyə o, İtaliya televiziyası ilə canlı yayımlanan mətbuat konfransında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi