İtaliyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-5 - VİDEO

İtaliyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-5 - VİDEO Hadisə qurbanlarının sayının artacağı istisna olunmur
Digər ölkələr
13 İyul , 2016 02:43
İtaliyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-5 - VİDEO

İtaliyada ölənlərin sayı 27 nəfərə çatıb

Bakı. 13 iyul. REPORT.AZ/İtaliyanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 27 nəfər çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb. 

21.15

Bakı.12 iyul. REPORT.AZ/ İtaliyada iki qatarın toqquşması nəticsində ölənlərin sayı 23 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

İnformasiyaya görə, ölənlərlə bağlı bu son rəqəm deyil və onların sayının artacağı istisna olunmur.

Məlumatda bildirilib ki, bu xəbəri İtaliyanın Rusiyadakı səfirliyi də təsdiqləyib. 

17.24

Bakı. 12 iyul. REPORT.AZ/ İtaliyada iki sərnişin qatarının toqquşması nəticəsində ölən və yaralananlar arasında xarici ölkə vətəndaşları yoxdur. 

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Xidmətindən bildirilib. 

Məlumata görə, hadisədə ən azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb. 

Üç vaqon tamamilə dağılıb. Yaralılardan 4-ü ağır vəziyyətdədir.  

*** 15:06

İtaliyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, regional dəmir yolu xətti üzrə hərəkət dayandırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Baridə (Apuliya vilayətində) Andriya və Korato yaşayış məntəqələri arasında iki regional qatar toqquşub.

***14:52

İtaliyanın cənubunda, Apuliya vilayətində iki qatar toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, 4 nəfər ölüb, yaralananlar var.

Təcili yardım və xilasetmə xidmətləri hazırda hadisə yerindədir.

Son xəbərlər

Orphus sistemi