İtaliyada partlayış nəticəsində ölənlərin sayı artıb, 84 nəfər yaralı var - VİDEO - YENİLƏNİB-2

İtaliyada partlayış nəticəsində ölənlərin sayı artıb, 84 nəfər yaralı var - VİDEO - YENİLƏNİB-2 Hadisə yerinə təcili yardım, yanğınsöndürən maşınlar və helikopterlər göndərilib
Digər ölkələr
6 Avqust , 2018 21:53
İtaliyada partlayış nəticəsində ölənlərin sayı artıb, 84 nəfər yaralı var - VİDEO - YENİLƏNİB-2

Bakı. 6 avqust. REPORT.AZ/ İtaliyanın Bolonya şəhərində partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 84 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli "Repubblika" qəzeti yazıb.

Bildirilir ki, 14 nəfər ağır vəziyyətdədir.

Partlayış avqustun 6-da sisternli avtomobilin digər maşınlarla toqquşması nəticəsində baş verib.


***17:43

Bakı. 6 avqust. REPORT.AZ/ İtaliyanın Bolonya şəhərində baş verən partlayış və yanğın nəticəsində azı 20 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Rainews24" telekanalına istinadən xəbər verir.

Yanğınsöndürmə xidməti hadisəyə benzin daşıyan avtomobilin partlamasının səbəb olduğunu təsdiq edib.


***17:37

İtaliyanın Bolonya şəhərində hava limanı yaxınlığında güclü partlayış olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli KİV hadisəyə avtomobil daşıyan maşın və ya benzin maşınının iştirakı ilə baş verən yol qəzasının səbəb ola biləcəyini yazıb.

"Rainews24" telekanalının məlumatına görə, hadisə zamanı xəsarət alanlar olub, qəza yerinə təcili yardım, yanğınsöndürən maşınlar və helikopterlər göndərilib.

Şəhər aeroportunun "Twitter" səhifəsində hadisənin hava limanının işinə təsir göstərmədiyi, aeroportun qrafik üzrə işini davam etdirdiyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi