İtaliyada küçədə atışma nəticəsində 5 nəfər yaralanıb

İtaliyada küçədə atışma nəticəsində 5 nəfər yaralanıb Atəş açan şəxs qaçaraq gizlənməyi bacarıb
Digər ölkələr
9 Fevral , 2018 17:30
İtaliyada küçədə atışma nəticəsində 5 nəfər yaralanıb
Flickr / Luca Prioli

Bakı. 9 fevral. REPORT.AZ/ İtaliyanın Piza şəhərində küçədə baş verən atışma nəticəsində azı beş nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, atəş açan şəxs motosikletlə hərəkət edib.

Baş verən hadisəyə səbəb kimi yoldan keçənlərlə təhlükəli manevrlər edən motosikletçi arasında yaranmış mübahisə göstərilir. Sürücü onu təhqir etdikləri üçün silahına əl atıb.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs qaçaraq gizlənməyi bacarıb. Polis və karabinyerlər onun axtarışını həyata keçirlər.

Son xəbərlər

Orphus sistemi