İtaliyada körpünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb - VİDEO - YENİLƏNİB-4

İtaliyada körpünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb - VİDEO - YENİLƏNİB-4 Bakı. 14 avqust. REPORT.AZ/ Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Digər ölkələr
14 Avqust , 2018 21:55
İtaliyada körpünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb - VİDEO - YENİLƏNİB-4
LaCiuraRaffaele/ Twitter

Bakı. 14 avqust. REPORT.AZ/ Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

“Report” xəbər verir ki, hadisə qurbanları barədə son məlumatları İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksi verib.

"Onlar 70 metr yüksəklikdən düşüblər. Bu faciədir, əsl fəlakət", - deyə "Il Mattino" nəşri siyasətçinin sözlərini sitat gətirib.

Qəza nəticəsində onlarla insan ciddi xəsarət alıb. Onların arasında körpü uçan zaman üzərində olanlarla yanaşı, yaxınlıqda yerləşən və dağıntıya məruz qalan evlərin sakinləri də var. Onlarla insan itkin düşmüş hesab edilir.


***18:44

Bakı. 14 avqust. REPORT.AZ/ İtaliyada Morandi körpüsünün çökməsi nəticəsində biri körpə olmaqla, 30 nəfər ölüb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, "La Repubblica" qəzeti bəzi evlərin, şahidlər isə ən azı 10 avtomobilin çöküntülər altında qaldığını bildirib.


*** 17:20

Genuyada körpünün çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliya Nəqliyyat Nazirliyindən bildiriblər.


***16:56

İtaliyanın Genuya şəhərində körpünün çökməsinə ildırım səbəb ola bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu fəlakətin şahidləri iddia edirlər.

Körpünün çökdüyü yerin yaxınlığında olan yerli sakinlər çökmədən qabaq ildırımın onu vurduğunu bildirlər.

"Rai News" telekanalının məlumatına görə, körpünün çökməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağırdır. Qeyd edilir ki, körpünün çökmə anında onun üzərində 20-yə yaxın avtomobil olub. Yerli səlahiyyətlilər isə çökmənin səbəblərindən biri kimi daşıyıcı konstruksiyanın zəifləməsini göstərir. Körpü 1962-ci ildə inşa edilib.


***15:21

İtaliyada avtoban üzərindəki körpü çöküb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Genuya şəhərindəki A-10 avtomobil yolunda qeydə alınıb.

Onlarla ölən və yaralananın olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi