İtaliyada Etna vulkanı püskürüb - VİDEO

İtaliyada Etna vulkanı püskürüb - VİDEO İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu: Püskürmə hazırda insanlar üçün heç bir təhlükəyə malik deyil
Digər ölkələr
28 Fevral , 2017 15:58
İtaliyada Etna vulkanı püskürüb - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı püskürüb.

Bu barədə "Report" İtaliya KİV-inə istinadən xəbər verir.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan püskürmənin hazırda insanlar üçün heç bir təhlükəyə malik olmadığını bildiriblər. Kataniya aeroportu normal rejimdə fəaliyyətini davam etdirir.

Etna vulkanının buna qədərki son püskürmələr seriyası 2016-cı ilin may ayında olub.

Xatırladaq ki, Etna Avropada ən hündür vulkandır. Onun hündürlüyü 3200 metrdən çoxdur. Hündürlük hər püskürmədən sonra dəyişir.

Son xəbərlər

Orphus sistemi