İtaliyada 152 həkim koronavirusun qurbanı olub

İtaliyada 152 həkim koronavirusun qurbanı olub İtaliyada 117 din xadimi və 152 həkim koronavirusdan ölüb.
Digər ölkələr
28 Aprel , 2020 16:04
İtaliyada 152 həkim koronavirusun qurbanı olub

İtaliyada 117 din xadimi və 152 həkim koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli “Avvenire” qəzeti yayıb.

Bundan başqa, “La Repubblica” qəzeti ölkədə kiçik tibb işçiləri (34) və əczaçılar (13) arasında da ölümlərin olduğunu açıqlayıb.

Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, Cənubi Avropa ölkəsində koronavirusa yoluxma halları 200 000-ə yaxınlaşıb. Pandemiya qurbanlarının sayı isə 26 977 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 082 000-i ötüb. Bunların 934 878 nəfəri sağalıb, 212 405 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi