İsveçrədə atalar üçün də dekret məzuniyyəti tətbiq olunub

İsveçrədə atalar üçün də dekret məzuniyyəti tətbiq olunub İsveçrə Federal Assambleyasının aşağı palatası olan Milli Məclis atalar üçün körpə doğulandan iki həftə müddətində dekret məzuniyyəti haqqını rəsmiləşdirən qanun layihəsini təsdiq edib.
Digər ölkələr
12 Sentyabr , 2019 15:31
İsveçrədə atalar üçün də dekret məzuniyyəti tətbiq olunub

İsveçrə Federal Assambleyasının aşağı palatası olan Milli Məclis atalar üçün körpə doğulandan iki həftə müddətində dekret məzuniyyəti haqqını rəsmiləşdirən qanun layihəsini təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, sənəd 62 səsə qarşı 129 səslə qəbul edilib.

Qeyd edək ki, yuxarı palata olan Kantonlar Məclisi qanun layihəsini daha əvvəl dəstəkləmişdi. Son 20 ildir atalara uşağın doğulması ilə bağlı məzuniyyət haqqı verilməsinə dair mübahisələr getdiyi Federal Assambleyada son dəfə bu məsələyə dair qanun layihəsi üç il əvvəl müzakirə olunaraq geri qaytarılmışdı.

Son xəbərlər

Orphus sistemi