İsveçdə qaçqınlar sığınacağında yanğın baş verib: xəsarət alanlar var

İsveçdə qaçqınlar sığınacağında yanğın baş verib: xəsarət alanlar var Polisin məlumatına görə, 10-20 nəfər tüstüdən zərər çəkib
Digər ölkələr
26 Fevral , 2017 13:09
İsveçdə qaçqınlar sığınacağında yanğın baş verib: xəsarət alanlar var

Bakı. 26 fevral. REPORT.AZ/ İsveçin qərbindəki Vennersberq şəhərində, qaçqınların məskunlaşdığı böyük sığınacaqda yanğın baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanğın üçüncü mərtəbədə başlayıb. Hadisə zamanı iki nəfər tüstüdən boğulmamaq üçün pəncərədən tullanıb. Nəticədə onların hər ikisi xəsarət alıb.

Polisin məlumatına görə, daha 10-20 nəfər tüstüdən zərər çəkib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbləri barədə dəqiq məlumatlı deyil.

Yanğının qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi