İsveçdə koronavirusdan ölənlərin sayı 1 500-ü keçdi

İsveçdə koronavirusdan ölənlərin sayı 1 500-ü keçdi İsveçdə ötən sutka ərzində daha 111 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
18 Aprel , 2020 17:11
İsveçdə koronavirusdan ölənlərin sayı 1 500-ü keçdi

İsveçdə ötən sutka ərzində daha 111 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində Skandinaviya ölkəsində daha 606 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, İsveçdə koronavirusdan ölənlərin sayı 1 511-ə, qeydə alınan yoluxanların sayı isə 13 822-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 269 000-i ötüb. Bunların 582 211 nəfəri sağalıb, 155 206 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi