İsveç Yəməndəki münaqişənin həllində vasitəçilik edəcək

İsveç Yəməndəki münaqişənin həllində vasitəçilik edəcək İsveçin xarici işlər naziri Marqot Valström Yəməndəki münaqişənin dinc yolla həllində vasitəçilik etmək üçün Yaxın Şərq ölkələrinə səfər edəcək.
Digər ölkələr
30 Avqust , 2019 13:52
İsveç Yəməndəki münaqişənin həllində vasitəçilik edəcək

İsveçin xarici işlər naziri Marqot Valström Yəməndəki münaqişənin dinc yolla həllində vasitəçilik etmək üçün Yaxın Şərq ölkələrinə səfər edəcək.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, XİN-in açıqlamasına görə, nazir avqustun 31-dən sentyabrın 4-dək Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İordaniya rəsmiləri ilə görüşəcək. M.Valström Yəmən böhranı fonunda bəzi ikitərəfli və regional məsələləri də müzakirə edəcək.

İsveçli nazir həmçinin BMT nümayəndələri ilə də Yəmən problemini müzakirə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi