İsveç 106 yaşlı Əfqanıstan vətəndaşına 13 ay müddətinə sığınacaq verib

İsveç 106 yaşlı Əfqanıstan vətəndaşına 13 ay müddətinə sığınacaq verib Yaşlı qadının İsveçə gəlib çıxmasına oğlu və nəvəsi yardım edib
Digər ölkələr
4 Oktyabr , 2017 17:26
İsveç 106 yaşlı Əfqanıstan vətəndaşına 13 ay müddətinə sığınacaq verib
Al Jazeera

Bakı. 4 oktyabr. REPORT.AZ/ İsveç İnzibati Məhkəməsi ölkəyə oğlu və nəvəsi ilə gələn 106 yaşlı Əfqanıstan vətəndaşı Bibihal Uzbekiyə müvəqqəti sığınacaq verilməsi barədə qərar qəbul edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, məhkəmə ona 13 ay müddətinə məhdud zamanlı yaşayış icazəsi verilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, daha əvvəl İsveçin Miqrasiya Agentliyi B.Uzbekini deportasiya etmək qərarına gəlmiş, lakin məhkəmə qadının yaşı və sağlamlığına görə qərarı ləğv etmişdi.

KİV-in məlumatına görə, Uzbekinin ailəsi İsveçə 2015-ci ildə gəlib. Buna qədər o, səkkiz il ərzində qanunsuz olaraq İranda yaşayıb.

Çətinliklə yeriyən və danışan 106 yaşlı qadının İsveçə gəlib çıxmasına oğlu və nəvəsi yardım edib.

Son xəbərlər

Orphus sistemi