İstanbulda törədilən partlayışın hədəfi polis avtobusu olub - VİDEO

İstanbulda törədilən partlayışın hədəfi polis avtobusu olub - VİDEO Partlayış nəticəsində bir nəfər xəsarət alıb
Digər ölkələr
2 Dekabr , 2015 02:18
İstanbulda törədilən partlayışın hədəfi polis avtobusu olub - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ İstanbulun Bayrampaşa rayonunda ötən axşam törədilən partlayışla bağlı təfərruatlar məlum olub.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, metro stansiyasının yaxınlığında yerləşdirilən partlayıcı qurğunun əsas hədəfi polis əməkdaşlarını daşıyan avtobus olub. Bomba polis avtobusu keçdikdən bir neçə saniyə sonra partlayıb.

Qeyd edək ki, partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi