Yuxarı
    Bağlamaq

    İsrailin Nazirlər Kabineti Aviqdor Libermanın müdafiə naziri təyin olunmasına yekdilliklə səs verib

    A.Libermanın müdafiə naziri vəzifəsinə təyin olunması Nazirlər Kabinetində əldə olunan razılıq və islahatlar sayəsində mümkün olub

    Bakı. 30 may. REPORT.AZ/ İsrailin Nazirlər Kabineti Aviqdor Libermanın müdafiə naziri postuna təyin olunmasına yekdilliklə səs verib.

    "Report" xəbər verir ki, A.Libermanın müdafiə naziri vəzifəsinə təyin olunması Nazirlər Kabinetində əldə olunan razılıq və və İsrailin bir sıra siyasi partiyaları tərəfindən bəyənilən islahatlar sayəsində mümkün olub.

    Qeyd edək ki, əvvəlki müdafiə naziri Moşe Yaalon baş nazir Binyamin Netanyahu ilə fikir ayrılığı səbəbindən istefa verib. 

    "Bizim evimiz - İsrail" partiyasının lideri Aviqdor Liberman bundan əvvəl xarici işlər naziri vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi