Yuxarı

​İsrailin Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi özünü güllələyib

General şəxsi avtomobilində intihar edib

Bakı. 7 İyul. REPORT.AZ/ İsrailin Korrupsiya və Dələduzluqla Mübarizə İdarəsinin rəisi Efraim Braha özünü güllələyib.

"Report" xəbər verir ki, polis generalı şəxsi avtomobilində intihar edib.

İstintaqın bir fərziyyəsinə görə, E.Braha üzərində aparılan məhkəmə prosesi ilə bağlı özünə qəsd edə bilər.

Polis əməkdaşı məşhur ravvin Yoşiyahu Pintodan rüşvət almaqda ittiham olunub. Müttəhim ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O bildirib ki, Y.Pinto təhqiqatlar barədə informasiya müqabilində, həqiqətən ona yüz min şekel məbləğində rüşvət təklif edib, lakin o bu puldan imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi