Yuxarı

​İsrailin ekologiya naziri yeni müdafiə nazirinə etiraz olaraq istefa verib

Avi Qabay hakim koalisiyadakı dəyişikliyə də hazır olmadığını vurğulayıb

Bakı. 27 may. REPORT.AZ/ İsrailin ekologiya naziri, "Kulanu" Partiyasının təmsilçisi Avi Qabay Aviqdor Libermanın müdafiə naziri təyin edilməsinə etiraz olaraq istefa verib.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Reşet Bet" radiostansiyası məlumat yayıb.

Avi Qabayın qənaətincə, Aviqdor Libermanın müdafiə naziri təyin edilməsi İsrailin təhlükəsizliyinə laqeydliyin göstəricisidir.

Bundan başqa A.Qabayın hakim koalisiyadakı dəyişikliyə də hazır olmadığını vurğulayıb: "Libermanın müdafiə naziri təyin edilməsi cəmiyyətdə parçalanmanın dərinləşməsi və radikallaşma ilə nəticələnə bilər".

A.Qabay isə İsrail parlamentinin (Knesset) deputatı deyil. Yeni ekologiya naziri hələ ki, təyin edilməyib.

Xatırladaq ki, A.Qabay təbii qaz sənayesinin tənzimlənməsi haqda razılaşma zərfinin parlamentdə müzakirəsi zamanı sənədin əleyhinə olub. 

Qeyd edək ki, mayın 25-də "Likud" və "İsrail bizim evimizdir" partiyaları arasında koalisya hökumətinin qurulması haqda razılaşma imzalanıb.

İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdikdən sonra onun yerinə "İsrail bizim evimiz" Partiyasının sədri Aviqdor Liberman təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi