İsrailin Dəməşqə hava zərbəsi nəticəsində 7 silahlı öldürülüb

Digər ölkələr
  • 14 fevral, 2020
  • 07:30
İsrailin Dəməşqə hava zərbəsi nəticəsində 7 silahlı öldürülüb
google.az

Ötən gecə İsrailin hərbi hava qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə aviazərbələri nəticəsində 4-ü iranlı, 3-ü suriyalı olmaqla 7 döyüşçü öldürülüb.

“Report” “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İnsan Haqları Müşahidəçiləri təşkilatı yayıb.

Hücum hədəfinin İrana aid döyüş sursatı anbarları olduğu güman edilir. 

44 filmi