İsraildə koronavirusa yoluxanların və ölənlərin sayı artdı

İsraildə koronavirusa yoluxanların və ölənlərin sayı artdı İsraildə koronavirusa yoluxanların sayı 16 268 nəfərə çatıb.
Digər ölkələr
5 May , 2020 16:00
İsraildə koronavirusa yoluxanların və ölənlərin sayı artdı
0 : 00
0 : 00

İsraildə koronavirusa yoluxanların sayı 16 268 nəfərə çatıb.

“Report” “News ru”ya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 29 yeni yoluxma, 3 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 237-yə çatıb, indiyədək 10 223 pasiyent sağalıb.

Hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 252 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi