İsraildə COVID-19-a yoluxanlar və ölənlər artır - YENİLƏNİB
- 14 aprel, 2020
- 08:37
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Təl-Əviv şəhərindəki “İxilov” xəstəxanasında koronavirusa yoluxan 81 yaşlı kişi ölüb.
“Report” xəbər verir ki, məlumat “Newsru” yayıb.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 118-ə çatıb.
*** 11:48
İsraildə son sutkada COVID-19-a 633 yoluxma faktı qeydə alınıb.
“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada daha 7 nəfər koronavirusdan ölüb. Məlumata görə, İsraildə virusa yoluxanların sayı 11 868-ə, ölənlərin sayı isə 117-yə çatıb.
Qeyd edək ki, 180 minə yaxın israilli iki həftə evdə məcburi karantin rejimində olub.
Pesax bayramı münasibəti ilə aprelin 14-ü saat 17-dən aprelin 16-sı saat 05.00-dək sakinlərə yaşadıqları yeri tərk etmək qadağan olunub.