İsraildə bara hücum edən şəxsin axtarışları davam etdirilir

İsraildə bara hücum edən şəxsin axtarışları davam etdirilir Polis hadisəni terror aktı kimi qiymətləndirib
Digər ölkələr
3 Yanvar , 2016 00:00
İsraildə bara hücum edən şəxsin axtarışları davam etdirilir

Bakı. 3 yanvar. REPORT.AZ/Yanvarın 1-də İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən bara hücum edən şəxsin axtarışı davam etdirilir.

"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, çox sayıda insanın toplaşdığı bara girən şəxs azı 2 nəfəri qətlə yetirib, 7 nəfəri isə yaralayıb.

Ərazidəki dükanın təhlükəsizlik kamerasından görüntülərdə bel çantası ilə dükana daxil olan həmin şəxsin təmkinlə özünü alış-veriş edir kimi göstərdiyi görünür.

Polis hadisənin terror aktı olduğu versiyasını irəli sürüb.

Son xəbərlər

Orphus sistemi