İsrail parlamenti Fələstin torpaqlarında salınan məskənləri qanuniləşdirib

İsrail parlamenti Fələstin torpaqlarında salınan məskənləri qanuniləşdirib Knesset bu barədə qanun qəbul edib
Digər ölkələr
7 Fevral , 2017 02:33
İsrail parlamenti Fələstin torpaqlarında salınan məskənləri qanuniləşdirib

Bakı. 7 fevral. REPORT.AZ/ İsrail parlamenti Fələstin ərəblərinin torpaqlarında tikilən evləri qanuniləşdirən qanun layihəsini ikinci və üçüncü oxunuşlarda səs çoxluğu ilə qəbul edib.

"Report" "The Jerusalem Post"a istinadən xəbər verir ki, Knessetin 60 deputatı layihənin lehinə, 52-si əleyhinə səs verib.

Qanunun təşəbbüskarlarından biri olan Betsalel Smotriç səsverməni tarixi hadisə adlandırıb.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası belə tikililəri qadağan edən qətnamə qəbul edib.

Son xəbərlər

Orphus sistemi