İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 59-a çatıb - VİDEO - YENİLƏNİB-5

İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 59-a çatıb - VİDEO - YENİLƏNİB-5 Fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edirlər
Digər ölkələr
401
15 May , 2018 05:15
İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 59-a çatıb - VİDEO - YENİLƏNİB-5
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Qəzza zolağı ilə sərhəd boyunca İsrail hərbçiləri ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 59 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onların arasında qazdan boğularaq ölən 8 aylıq körpə qız da var.


***20:18

Bakı. 14 may. REPORT.AZ/ Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. 

Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir. 


*** 17:29

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

"Report" “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb. 


*** 16:42

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 37 nəfərə çatıb.

"Report" Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, qarşıdurma zamanı 1700 nəfər yaralanıb. 


*** 15:35

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz edən fələstinlilərlə İsrail ordusu arasında baş verən toqquşmalarda 500-dən çox fələstinli yaralanıb, 16 nəfər ölüb.

"Report" Fələstin KİV-inə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, onlarla fələstinli güllə yarası alıb. Ümumilikdə isə, bu gün yaralananların sayı 512 nəfər olub.


***14:45

Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.

Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.

Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi