Yuxarı

İsrail fələstinlilər üçün vergi gəlirlərinin dondurulması qərarına gəlib

Bu addım Fələstinin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq səylərinə cavab mahiyyəti daşıyır

Bakı. 4 yanvar. REPORT.AZ/ İsrail fələstinlilər üçün 125 milyon dollarlıq vergi gəlirlərinin dondurulması qərarına gəlib. Bu addım Fələstinin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq səylərinə cavab mahiyyəti daşıyır.

"Report" Amerikanın Səsi-nə istinadla xəbər verir ki, fələstinlilər vergi gəlirlərindən hökumətin fəaliyyəti və mülki işçilərin maaşlarının ödənilməsi üçün istifadə edir.

Fələstin BMT-nin Təhlükəszilik Şurasına Beynəlxalq Cinayətlər Məhkəməsinə qoğulmaq təklifi verərək, İsrailin fələstinlilərə qarşı müharibə cinayətlərinə əl atdığına dair məhkəməyə şikayət vermək hüququ əldə etməyə açlışır.

Fələstin prezidenti Mahmud Abbas BMT-nin Təhlükəszilik Şurasının 3 il ərzində Fələstin dövlətinin yaradılmasına dair qətnamə layihəsini rədd etməsindən sonra Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaqla bağlı sənədlərə imza atıb.

İsrailin baş naziri Benyamin Netanyahu nə ediləcəyini deməsə də, bunun intiqamının alınacağına söz verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi