Bakı. 10 oktyabr. REPORT.AZ/ İsrail təhlükəsizlik qüvvələri bu gün Şərqi Qüdsdə iki fələstinlini güllə ilə vuraraq öldürüb. Polisin bildirdiyinə görə, onlardan biri qısa müddət əvvəl iki israilliyə bıçar zərbələri endirmiş şübhəli olub.
“Report” “Amerikanın Səsinə” istinadən xəbər verir ki, polisin məlumatında deyilir ki, iki ultra-pravoslav yəhudi kişi Qüdsün hasarlanmış Qədim Şəhərində 16 yaşlı fələstinli tərəfindən bıçaq hücumuna məruz qalıb. Bundan əvvəl yarı-hərbi polis fələstinlilərin Şuafat qaçqın düşərgəsində gecəyarı silahlı qarşıdurma zamanı bir yaraqlını öldürmüşdü.
Qəzza Zolağına nəzarət edən Həmasın açıqladığı bəyanatda deyilir ki, Şuafatda ölən şəxs qrupun üzvü olub. “Qəhrəman şəhid israilli işğalçılarla onların başa düşdüyü dildə danışıb” – deyə Həmasın bəyanatında deyilir.
Son 11 gündür İsrailin nəzarətində olan İordan çayının Qərb Sahili, Qəzza və İsrail şəhərlərində artan gərginlik nəticəsində 4 israilli və 17 fələstinli həlak olub.