İspaniyada şaxtalı hava şəraitinə görə fövqəladə vəziyyət elan edilib

Digər ölkələr
  • 18 yanvar, 2017
  • 13:10
İspaniyada şaxtalı hava şəraitinə görə fövqəladə vəziyyət elan edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Kanar adaları istisna olmaqla, İspaniyanın bütün ərazisində anomal şaxtalı hava səbəbindən fövqəladə vəziyyət elan edilib.

"Report" İspaniya KİV-inə istinadən xəbər verir ki, ölkənin meteorologiya xidməti Kataloniya və Araqonun bəzi bölgələrində havanın temperaturunun -12 dərəcəyə qədər aşağı düşdüyünü bildirib. Üstəlik, bu gecə Pireney yarımadasının bəzi yerlərində və İberiya dağ sistemində havanın tempraturunun gecə -15 dərəcəyə düşəcəyi gözlənilir.

Hidrometeoroloqlar həmçinin əhaliyə güclü qar yağışı və külək olacağı ilə bağlı xəbərdarlıq edib. Ölkənin dağlıq ərazilərində qar uçqunun olması ehtimalı yüksək qiymətləndirilir.

44 - Tezliklə