İspaniyada daha 567 nəfər koronavirusun qurbanı olub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 18 056 nəfərə çatıb.
Bundan başqa, nazirlik yoluxma faktlarının sayının daha 2 442 nəfər artaraq 172 541-ə yüksəldiyini vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 933 000-i ötüb. Bunların 456 539 nəfəri sağalıb, 120 434 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.