İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü

İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü İspaniyada son sutkada daha 757 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
8 Aprel , 2020 13:44
İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü
0 : 00
0 : 00

İspaniyada son sutkada daha 757 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bununla da pandemiyadan ölənlərin sayı 14 555-ə çatıb.

Qeyd edək ki, ötən gün ölənlərin ümumi sayı 13 798 nəfər olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 441 000-i ötüb. Bunların 303 736 nəfəri sağalıb, 82 933 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi