İspaniyada koronavirus qurbanlarının sayı 2 696-ya çatdı

İspaniyada koronavirus qurbanlarının sayı 2 696-ya çatdı Qərbi Avropa ölkəsi İspaniyada son 24 saatda daha 514 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
613
24 Mart , 2020 14:49
İspaniyada koronavirus qurbanlarının sayı 2 696-ya çatdı
0 : 00
0 : 00

Qərbi Avropa ölkəsi İspaniyada son 24 saatda daha 514 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İspaniyada virus qurbanlarının sayı 2 696 nəfərə çatıb. Bundan başqa, yoluxanların sayı 33 089-dan 39 673 nəfərədək artıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 391 935-ə çatıb. Bunların 102 843 nəfəri sağalıb, 17 136 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi