İspaniya kralının yeznəsi maliyyə fırıldaqçılığı ittihamı ilə 6 il müddətinə həbs edilib

İspaniya kralının yeznəsi maliyyə fırıldaqçılığı ittihamı ilə 6 il müddətinə həbs edilib Kralın bacısı infanta Kristina təqsirsiz bilinib
Digər ölkələr
17 Fevral , 2017 16:36
İspaniya kralının yeznəsi maliyyə fırıldaqçılığı ittihamı ilə 6 il müddətinə həbs edilib

Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyada məhkəmə ölkə kralının yeznəsi, şahzadə Kristinanın həyat yoldaşı, sahibkar və sabiq həndbolçu İkyaki Urdanqarin barəsində hökm çıxarıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, iş adamı 6 il müddətinə azadlıqdan məhrum edilib.

İspaniya kralının bacısı infanta Kristina isə maliyyə fırıldaqçılığı işi üzrə təqsirsiz bilinib. O, yalnız 265 min avro məbləğində cərimə ödəməlidir. İnfantanın azadlıqdan məhrum edilən əri isə 512 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Instituto Noos" xeyriyyə təşkilatının rəhbər heyətində yer alan İ.Urdanqarin 5,8 milyon avro məbələğində vəsaiti qəsb etməkdə təqsirli bilinib. Dövlət ittihamçısının versiyasına görə, İ.Urdanqarin və onun tərəfdaşı Dieqo Torres müxtəlif şəhərlərin və muxtar icmaların rəhbərliyini müəyyən işlərin görülməsində bu təşkilatla sazişlər imzalamağa inandırıb, amma sonda heç bir iş görməyiblər. Sonra isə pul guya onların hesablarına yatırılıb.

Son xəbərlər

Orphus sistemi