İslam Dövləti qruplaşması ilə “Əl Qaidə” əməkdaşlığa dair razılığa gəliblər

İslam Dövləti qruplaşması ilə “Əl Qaidə” əməkdaşlığa dair razılığa gəliblər Terrorçular "ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq etməyi" qərara alıblar
Digər ölkələr
14 Noyabr , 2014 03:54
İslam Dövləti qruplaşması ilə “Əl Qaidə” əməkdaşlığa dair razılığa gəliblər
Bakı. 14 noyabr. REPORT.AZ/ İslam Dövləti terror qruplaşması ilə “Əl Qaidə” terrorçuları arasında Suriyada əməkdaşlığa dair razılaşma əldə olunub.

“Associated Press” agentliyinin məlumatına əsasən, bu iki terror təşkilatının liderləri ötən həftə Suriyanın şimalında görüşüblər.

Bir neçə saat davam edən müzakirələr zamanı terroçu liderlər ədavətə son qoymağı və "ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq etməyi" qərara alıblar.

Belə ki artıq Suriyanın şimalında iki rayonda birgə hücumlar məsələsi də gündəmdədir. 

Son xəbərlər

Orphus sistemi