Yuxarı

​İŞİD Suriyanın Marea şəhərini ələ keçirib

Terrorçular “Azad Suriya Ordusu” adlanan qruplaşmanı oradan çıxardıblar

Bakı. 29 may. REPORT.AZ/ İŞİD terror qruplaşması Suriyanın şimalında yerləşən Marea şəhərində nəzarəti ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə “Daily Star” qəzeti öz elektron versiyasında yazıb.

Məlumata görə, terrorçular mötədil silahlı müxalifətin özülünü təşkil edən “Azad Suriya Ordusu” (ASO) adlı qruplaşmanı oradan çıxardıblar.

Türkiyə sərhədlərinin 10 km-də gedən şiddətli döyüşlər zamanı hər iki tərəf itki verib. Nəşrin məlumatına görə, ASO sıralarında 60-dan çox yaraqlı ölüb, İŞİD-in itkisi 47 nəfər təşkil edib. Dinc sakinlər arasında 29 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi