Yuxarı

"İŞİD Suriyada kimyəvi silah istifadə edib"

İŞİD Suriya ərazisində kimyəvi silah istehsalı üçün addımlar atır

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Con Brennan bəyan edib ki, terrorçu İŞİD qruplaşması artıq Suriyada bir neçə dəfə kimyəvi silah istifadə edib. "Report"un "İnterfaks" agentliyinə istinadın verdiyi məlumata əsasən, Brennan bildirib ki, kəşfiyyat məlumatına əsasən, İŞİD Suriya ərazisində kimyəvi silah istehsalı üçün addımlar atır.

"Terrorçular kimyəvi silahı Qərbə sataraq böyük məbləğdə vəsait əldə etmək istəyirlər", - deyən Brennan, Suriya sərhədlərində nəzarətin gücləndirilməsi təklifini səsləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi