İŞİD Mosul məscidinin dağılmasında ABŞ-ı ittiham edib

İŞİD Mosul məscidinin dağılmasında ABŞ-ı ittiham edib Amerika tərəfi isə məscid ərazisini bombalamadığını bəyan edib
Digər ölkələr
22 İyun , 2017 02:02
İŞİD Mosul məscidinin dağılmasında ABŞ-ı ittiham edib
Foto: Alaa Al-Marjani/Reuters

Bakı. 22 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşması İraqın Mosul şəhərinin əsas məscidi olan Ən-Nurinin ABŞ-ın aviazərbəsi nəticəsində dağıldığını bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Frans Press" məlumat yayıb.

Amerika koalisiyası isə öz növbəsində Mosuldakı məscidin ərazisini bombalamadığını bildirib.

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqın Mosul şəhərindəki Ən-Nuri məscidi ərazisinə bomba atmayıb", - deyə cümə axşamı koalisiyanın rəsmi nümayəndəsi polkovnik Con Dorrian qeyd edib.

Məscid Mosulun qərb hissəsindəki köhnə şəhərdə yerləşir. 2014-cü ilin iyulunda İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi məsciddə xütbə deyərək beynəlxalq "xilafət"in yaradıldığını bildirib və özünü onun rəhbəri elan edib.

Son xəbərlər

Orphus sistemi