Yuxarı
    Bağlamaq

    İŞİD Bağdadda törədilən terror hücumuna görə məsuliyyəti üzərinə götürüb

    Məhərrəm ayı ilə əlaqədar matəm mərasimində törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 65 nəfər yaralanıb

    Bakı. 15 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Bağdadda törədilən terror hücumuna görə, məsuliyyəti üzərinə götürüb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, terror qruplaşması bəyanat yayaraq terrorçu-kamikadzenin törətdiyi partlayışda ölən və yaralananların ümumi sayının 100 nəfər olduğunu bildirib.

    Rəsmi məlumata görə isə məhərrəm ayı ilə əlaqədar matəm mərasimində törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 65 nəfər yaralanıb.

    Qeyd edək ki, hadisə İraq paytaxtının şimalında yerləşən Şaab rayonunda baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi