Bakı. 26 fevral. REPORT.AZ/ İŞİD terrorçuları Bağdadda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərilərinə götürüblər.
"Report" xəbər verir ki, bu barədə "Guardian" qəzetinə istinadən RİA "Novosti" məlumat yayıb.
İkiqat terror aktı cümə axşamı terrorçu-kamikadze tərəfindən məsciddə törədilib. Nəticədə ən azı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Partlayışlar şiələrin üstünlük təşkil etdiyi Şulaa rayonunda baş verib.